Terminaldan 2 mindən çox pul oğurlandı

11:40 21.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni Günəşli qəsəbəsi ərazisindəki mağazaların birindən 200 manat pul, 80 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalını sındırılmaqla 2111 manat pul oğurlanıb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar.

 

Hazırda faktla bağlı araşdırma aparılır.